Ərdoğan Trampın iştirak etdiyi tədbirdə silahlı hücum cəhdini qınayıb

Tarix: 26 Apr 2026 14:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində silahlı hücum cəhdini qınayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ Prezidenti Donald Tramp və dəyərli həyat yoldaşı Melaniya xanım başda olmaqla heç kimin xəsarət almaması bizim üçün sevindiricidir. Demokratiyalarda mübarizə fikir yolu ilə aparılır, zorakılığın heç bir növünə yer yoxdur, ”- deyə paylaşımda qeyd olunub.

Dəryanur Cəfərova Ərdoğan Tramp Vaşinqton silahlı hücum

Xəbər Lenti