Tramp ABŞ-ın İslamabad danışıqlarından imtina etməsinin səbəbini açıqlayıb

Tarix: 26 Apr 2026 20:25

ABŞ Prezidenti Donald Tramp İranla planlaşdırılan danışıqlar üçün nümayəndə heyətinin Pakistana göndərilməməsi qərarını yenidən müdafiə edib.

"FOX News"un məlumatına görə, Ağ Ev rəhəbri bunu jurnalistlərə açıqlamasında deyib. Trampın sözlərinə görə, Vaşinqton danışıqlarda üstün mövqedədir, ABŞ zəif hesab etdiyi təklifləri müzakirə etmək üçün uzun səfərlərə ehtiyac duymur və bu səbəbdən birbaşa görüşlərdən imtina edilib.

“Bütün kartlar bizim əlimizdədir. Saatlarla uçuş edib kifayət qədər yaxşı olmayan sənəd əldə etmək niyyətində deyilik. Danışıqları telefon vasitəsilə də apara bilərik”, – deyə o qeyd edib.

Tramp həmçinin iddia edib ki, İranın hərbi potensialı ciddi şəkildə zəifləyib və ölkədə rəhbərliklə bağlı qeyri-müəyyənlik mövcuddur.

ABŞ İran Tramp

Xəbər Lenti