Putin Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Tarix: 26 Apr 2026 22:23

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

APA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Görüşün yaxın günlərdə baş tutacağı qeyd olunur.

İranın Rusiyadakı səfiri Kazem Cəlali isə açıqlamasında bildirib ki, Əraqçi bazar ertəsi Moskvaya səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində Yaxın Şərqdəki mövcud vəziyyət və münaqişə ilə bağlı danışıqlar aparılacaq.

Fərid Əkbərov Rusiya İran putin

Xəbər Lenti