Kolumbiyada terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb, 40-a yaxın yaralı var - YENİLƏNİB

Tarix: 26 Apr 2026 23:23

Kolumbiyanın Kauka departamentində Panamerika magistral yolunda baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə yüksəlib, 36 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman "X" hesabında məlumat yayıb. Onun sözlərinə görə, ölənlərin 15-i qadın, 5-i isə kişidir və hamısı mülki şəxslərdir.

Partlayış nəticəsində yolda təxminən 200 kubmetr həcmində krater yaranıb. Hadisə ilə əlaqədar bölgədə üç günlük matəm elan olunub.

*** 06:57 Kolumbiyanın Kajibio şəhərində şosedəki suötürücü boruya yerləşdirilmiş partlayıcı qurğu nəqliyyat vasitələrinin keçdiyi anda partladılıb.

APA xəbər verir ki, partlayış nəticəsində nəqliyyat vasitələrində olan 14 nəfər ölüb, 38 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Kolumbiya partlayış terror

Xəbər Lenti