AEBA: Zaporojye AES müvəqqəti olaraq xarici enerji təchizatından məhrum olub

Tarix: 26 Apr 2026 22:56

Zaporojye Atom Elektrik Stansiyası aprelin 26-da qısa müddətə xarici enerji təchizatından məhrum olub.

APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb. Elektrik təchizatı təxminən bir saat sonra bərpa olunub.

İlkin məlumata görə, hadisəyə paylayıcı qurğuda baş verən qısaqapanma səbəb olub. Qeyd olunur ki, bu hal münaqişə başlayandan bəri artıq 15-ci dəfə baş verir.

Zaporojye AES Ukrayna enerji

Xəbər Lenti