Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 00:52
Böyük Britaniya kralı III Çarlzın ABŞ-a dövlət səfəri Vaşinqtonda baş verən silahlı insidentə baxmayaraq plan üzrə baş tutacaq.
APA xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb. Məlumata görə, hər iki tərəfdə aparılan məsləhətləşmələrdən və hökumətin tövsiyəsindən sonra səfərin dəyişdirilməməsi qərara alınıb.
Qeyd edək ki, səfər 27–30 aprel tarixlərini əhatə edir. III Çarlzın Konqresdə çıxışı və Ağ Evdə Donald Tramp tərəfindən qəbul olunacağı planlaşdırılır.
Britaniya ABŞ səfər