Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən çıxıb

Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən çıxıb

Tarix: 27 Apr 2026 11:44

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb. “Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir”, - cavabda deyilir.

Mənbə: apa.az

Xəbər Lenti