Bazar ertəsi, 20 İyul, 2026
Tarix: 27 Apr 2026 11:02
Rusiya ordusu aprelin 27-nə keçən gecə Ukraynanın Odessa şəhərinə növbəti kütləvi dron hücumu edib.
APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Hücum nəticəsində çoxmərtəbəli yaşayış binaları, hotel, nəqliyyat vasitələri və şəhər mərkəzindəki digər obyektlər zədələnib.
Ukraynanın Çerniqov vilayətinin Koryukivka şəhəri də kütləvi dron hücumuna məruz qalıb. 40 dəqiqə ərzində şəhərə 18 dron zərbəsi endirilib.
Partlayışlar nəticəsində 2 nəfər xəsarət alıb.
İlqar Xudiyev Rusiya ordusu Ukrayna Odessa kütləvi dron hücumuMənbə: apa.az