Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 12:59
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, Kəmaləddin Heydərov tərəfindən aprelin 30-da Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan MR sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 29 aprel tarixində saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14 e-mail: [email protected]
FHN Kəmaləddin Heydərov Naxçıvan şəhəri vətəndaş qəbulu