Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 17:13
Tehran Moskvanın dəstəyini hiss edir.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi "İzvestiya"ya açıqlamasında bildirib.
O vurğulayıb ki, İran İslam Respublikası və Rusiya bir-birini dəstəkləyən strateji tərəfdaşlardır.
"İran və Rusiya strateji tərəfdaşlardır. Rusiya həmişə bizi dəstəkləyib, biz də həmişə rusiyalıları dəstəkləmişik. Əməkdaşlığımız davam edəcək", - İran XİN başçısı qeyd edib.
Fərid Əkbərov İran Rusiya Əraqçi XİN Putin