Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 16:52
Rusiya ordusunun Odessa şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, daha 17 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatının iki mərtəbəli yaşayış binasına düşməsi nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Bundan əlavə, daha üç yaşayış binasına zərbələr endirilməsi nəticəsində 16 nəfər xəsarət alıb.
***
11:02
Rusiya ordusu aprelin 27-nə keçən gecə Ukraynanın Odessa şəhərinə növbəti kütləvi dron hücumu edib.
APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Hücum nəticəsində çoxmərtəbəli yaşayış binaları, hotel, nəqliyyat vasitələri və şəhər mərkəzindəki digər obyektlər zədələnib.
Ukraynanın Çerniqov vilayətinin Koryukivka şəhəri də kütləvi dron hücumuna məruz qalıb. 40 dəqiqə ərzində şəhərə 18 dron zərbəsi endirilib.
Partlayışlar nəticəsində 2 nəfər xəsarət alıb.
İlqar Xudiyev Rusiya ordusu Ukrayna Odessa kütləvi dron hücumu