Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq

Tarix: 27 Apr 2026 19:58

Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir.

Bunu bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində Çex Respublikasının Baş naziri Andrey Babiş APA İnformasiya Agentliyi, Azərbaycan Televiziyası və APA TV-yə müsahibəsində deyib.

O, bu məsələni Azərbaycan Prezidenti ilə müzakirə etdiklərini və layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib.

“Bu ərazilərdə investisiya imkanlarını araşdırmaq niyyətindəyik”, - Andrey Babiş vurğulayıb.

Çex Respublikasının Baş naziri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb.

O qeyd edib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi Çexiyanı sevindirir: “Bu proses bizi sevindirir. Münasibətlərin normallaşması və regionda gərginliyin azalması müsbət haldır və biz bunu dəstəkləyirik”.

Firuzə Vahid Çex Respublikası Baş nazir Andrey Babiş Azərbaycan-Ermənistan normallaşma prosesi investisiya azad edilmiş ərazilər

Xəbər Lenti