Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 20:57
NATO son illərdə tətbiq etdiyi hər il sammit keçirmək praktikasına son qoymağı nəzərdən keçirir.
Bu barədə “Reuters” qurum daxilindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, 2027-ci ildə Albaniada keçiriləcək sammitin payızda baş tutması ehtimal olunur və alyans 2028-ci ildə ümumiyyətlə sammit keçirməmək variantını müzakirə edir.
Bəzi üzv ölkələr isə sammitlərin ümumiyyətlə iki ildən bir keçirilməsini təklif edir.
NATO sammit