Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 27 Apr 2026 22:31
Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında “Cessna” sərnişin təyyarəsi qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Cənubi Sudan Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində təyyarədə olan on üç sərnişin və pilot həlak olub.
İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Sərnişinlərdən ikisi Keniya, digərləri isə Cənubi Sudan vətəndaşı olub.
Hadisə yerinə istintaq və xilasetmə qrupları cəlb olunub.
təyyarə Sudan