Malidə radikal qruplar hakimiyyəti ələ keçirməyə cəhd göstərib

Tarix: 27 Apr 2026 23:21

Bir neçə rayonda koordinasiyalı hücumlar təşkil edən radikal qruplar Malidə hakimiyyəti ələ keçirməyə və keçid dövrünə son qoymağa cəhd ediblər.

APA xəbər verir ki, bu barədə keçid dövrünün Baş naziri Əbdülay Maiqa məlumat verib.

"Düşmənin məqsədi sadəcə terror aktları törətmək deyil, respublikanın qurumlarını dağıtmaq və keçid prosesinə son qoymaqla hakimiyyəti ələ keçirmək idi. Aldıqları cavab prezidentin rəhbərlik etdiyi cəsur silahlı təhlükəsizlik qüvvələrimizin fədakarlığının nəticəsidir", - o deyib.

Mali hakimiyyət

Xəbər Lenti