Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 04:43
İraqdakı şiə siyasi fraksiyalarını birləşdirən Koordinasiya Çərçivəsi Əli əz-Zeydini baş nazirliyə namizəd kimi irəli sürüb.
APA xəbər verir ki, hazırkı Baş nazir Məhəmməd Şiya əs-Sudani və ABŞ-ın əleyhinə olduğu Nuri əl-Maliki namizədliklərini geri götürüblər.
Ötən ilin noyabr ayında İraqda keçirilən parlament seçkilərdən sonra Baş nazir postuna namizədlə bağlı fikir ayrılıqları davam edib.
Şiə siyasi fraksiyalarını bir araya gətirən Koordinasiya Çərçivəsi bu gün keçirilən görüşdən sonra Baş nazir namizədi ilə bağlı razılığa gəlib.
İraq Baş nazir