Ukrayna ordusu Belqoroda dron zərbəsi endirib, 3 nəfər ölüb

Tarix: 28 Apr 2026 10:43

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Belqorod vilayətinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə vilayətin rəhbəri Vyaçeslav Qladkov bildirib.

O qeyd edib ki, hücum nəticəsində üç mülki şəxs ölüb, daha üç nəfər, o cümlədən bir yeniyetmə yaralanıb.

Məlumata görə, dronlar Belqorod vilayətində üç minik avtomobilinə zərbə endirib.

İlqar Xudiyev Rusiya Belqorod dron hücumu Ukrayna ordusu

Xəbər Lenti