Keşlədə kollektorun üzərində tikildiyi üçün sökülmüş evin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək

Tarix: 28 Apr 2026 12:17

Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardımın ödənilməsi təmin edilməlidir.

Firuzə Vahid Keşlə ev yardım

Xəbər Lenti