Rəsmi Moskva Malidə Rusiya Afrika Korpusunun itkilərinin olduğunu təsdiqləyib

Tarix: 28 Apr 2026 13:17

Malidə silahlıların hücumları nəticəsində Rusiya Afrika Korpusunun itkiləri olub. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko bildirib. O, silahlıların şimaldakı Kidal şəhərini ələ keçirdiyini təsdiqləyib. Nazir müavininin sözlərinə görə, hücuma məruz qalan paytaxt Bamakoda vəziyyət hazırda sakitdir. Afrika Korpusunun döyüşçüləri Rusiya səfirliyinə dəstək verirlər. Qeyd edək ki, Azavada Azadlıq Cəbhəsi və "Əl-Qaidə"nin yerli qolunun silahlıları həftəsonu Mali hökumətini devirməyə cəhd ediblər. Hücumda 10 minlə 12 min arasında insan iştirak edib. Silahlılar məqsədlərinə çata bilməyiblər, lakin ölkənin müdafiə naziri Sadio Kamara döyüşdə öldürülüb.

Fərid Əkbərov Mali Rusiya Afrika

Xəbər Lenti