Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 13:08
Başqırdıstanın paytaxtı Ufa şəhərinin meri Ratmir Mavliyev saxlanılıb. APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları onu dindirmək üçün İstintaq Komitəsinə aparıblar. Merlə bərabər administrasiya rəhbərinin müavini və daha iki nəfər saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
Fərid Əkbərov Başqırdıstan Ufa mer