ABŞ Rusiyanın BMT-dəki nümayəndə heyətinin üzvünə viza verməyib

Tarix: 28 Apr 2026 19:21

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın BMT-dəki nümayəndə heyətinin üzvünə İnformasiya Komitəsinin sessiyasında iştirak etmək üçün viza verməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

O ümid etdiyini qeyd edib ki, BMT Katibliyi arbitraj prosedurlarının başlanması da daxil olmaqla, bu pis siyasiləşdirilmiş praktikanı dayandırmaq üçün hərtərəfli tədbirlər görəcək.

Fərid Əkbərov ABŞ BMT Rusiya

Xəbər Lenti