Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 19:12
Qətər Pakistanın ABŞ ilə İran arasında vasitəçilik səylərini dəstəkləyir və davam edən qarşıdurmada Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə olunmasını qəbuledilməz sayır.
APA xəbər verir ki, bunu Qətər xarici işlər nazirliyinin sözçüsü Məcid əl-Ənsari mətbuat konfransında bildirib.
“Biz bu vasitəçilikdə problem görmürük və danışıqların davam etdirilməsini dəstəkləyirik”, – o deyib.
Əl-Ənsari həmçinin vurğulayıb ki, gəmilərin Hörmüz boğazından keçidinin qarşısının alınması və ya boğazdan təzyiq vasitəsi kimi istifadə edilməsi qəbuledilməzdir.
İlqar Xudiyev Qətər Pakistan ABŞ-İran danışıqları Hörmüz boğazı