Nigeriyada silahlılar uşaq evindən 23 azyaşlını oğurlayıb

Tarix: 28 Apr 2026 23:22

Nigeriyanın cənubundakı Kogi ştatında silahlı şəxslər uşaq evinə hücum edərək 23 azyaşlını qaçırıb.

“Le Figaro”nun məlumatına görə, hadisə aprelə 26-dan 27-nə keçən gecə Lokoja şəhərində baş verib. Polis 15 uşağın xilas edildiyini, 8-nin isə hələ də itkin düşdüyünü bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaq evi qeyri-qanuni fəaliyyət göstərib və rəsmi qeydiyyatdan keçməyib.

Hücumun hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil, lakin bölgədə “Boko Haram” terror təşkilatının fəaliyyəti qeyd olunur.

Nigeriyada bu cür kütləvi oğurluq halları tez-tez baş verir və silahlı qruplar adətən girovlar üçün fidyə tələb edir.

Nigeriya uşaq oğurluq

Xəbər Lenti