Kral III Çarlz Konqresdə NATO-nun qorunmasının vacibliyini vurğulayıb

Tarix: 29 Apr 2026 01:14

Böyük Britaniya kralı III Çarlz ABŞ-a dövlət səfəri çərçivəsində Konqresdə çıxış edərək NATO-nun qorunmasının əhəmiyyətini vurğulayıb. Bu barədə Sky News məlumat yayıb.

III Çarlz bildirib ki, Atlantik okeanının dərinliklərindən Arktikanın əriməkdə olan buzlaqlarına qədər ABŞ və müttəfiqlərinin silahlı qüvvələrinin təcrübəsi və sədaqəti NATO-nun əsasını təşkil edir. Kral qeyd edib ki, alyans çərçivəsində ölkələr bir-birinin müdafiəsinə, vətəndaşların və milli maraqların qorunmasına sadiqdir və bu əməkdaşlıq onilliklər boyu formalaşıb.

Kral həmçinin Böyük Britaniyanın müdafiə xərclərini artırmalı olduğunu bildirib. Onun sözlərinə görə, mövcud təhdidlər Britaniya müdafiə sisteminin transformasiyasını zəruri edir və ölkə Soyuq müharibə dövründən bəri ən böyük davamlı müdafiə xərcləri artımına gedib.

Kral Ukraynaya dəstəyin davam etdirilməsinə də çağıraraq “həqiqətən ədalətli və uzunmüddətli sülh”ün təmin olunmasının vacibliyini qeyd edib.

III çarlz britaniya kral

Xəbər Lenti