Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 03:34
Ağ Evin tapşırığı ilə ABŞ kəşfiyyatı Vaşinqtonun İranla müharibəyə birtərəfli şəkildə son qoyacağı təqdirdə mümkün nəticələri təhlil edir.
“Reuters”a danışan mənbələr bildirib ki, xüsusilə Prezident Donald Trampın mümkün “qələbə elanının” İranın reaksiyasına necə təsir edəcəyi araşdırılır.
Məlumata görə, bu addımın ABŞ-da noyabrda keçiriləcək ara seçkilər fonunda siyasi nəticələri də nəzərə alınır. İrana qarşı əməliyyatların populyar olmaması və yanacaq qiymətlərinin artması hakim Respublikaçılar Partiyası üçün risk yaradır.
Hələlik yekun qərar verilməyib. Vaşinqton həm hərbi əməliyyatların genişləndirilməsi, həm də gərginliyin azaldılması variantlarını nəzərdən keçirir. Bununla yanaşı, ekspertlər hesab edir ki, mümkün atəşkəs ABŞ rəhbərliyi üzərindəki siyasi təzyiqi azalda bilər.
abş iran