Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 06:10
ABŞ Senatı administrasiyanın Konqresin razılığı olmadan Kubaya qarşı hərbi gücdən istifadə etməsini qadağan edən qətnamənin müzakirəyə çıxarılmasını bloklayıb.
APA xəbər verir ki sürətləndirilmiş prosedurla irəli sürülən təşəbbüs 47 senator tərəfindən dəstəklənsə də, 51 senator əleyhinə səs verib. Respublikaçılar bu kimi təşəbbüsləri dəfələrlə bloklayaraq administrasiyanı dəstəkləyiblər.