Aİ lideri: Sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatını “boğur”

Tarix: 29 Apr 2026 13:27

Rusiya rəqəmsal “Dəmir pərdə”nin arxasında qalıb.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı bildirib.

O deyib ki, Aİ-nin sanksiyaları Rusiyanın müharibə iqtisadiyyatını “boğur”.

Aİ liderinin sözlərinə görə, sanksiyaların təsiri o qədər güclüdür ki, Kreml internetə çıxışı məhdudlaşdırır.

“Rusiya rəqəmsal “Dəmir pərdə”nin arxasında qalıb. Amma tarix bir şeyi göstərir ki, divarlar gec-tez dağılır”, - Ursula von der Leyen əlavə edib.

İlqar Xudiyev Ursula von der Leyen Avropa parlamenti Rusiya sanksiyalar dəmir pərdə

Xəbər Lenti