Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 14:45
Ukrayna ordusu Qara dənizdə kamikadze qayıqları ilə sanksiya altında olan tankerə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
“Bu gün səhər Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölməsi tərəfindən iki MBEK-kamikadze qayığı vasitəsilə sanksiya altında olan “Marquıse” tankeri vurulub”, – məlumatda qeyd olunur.
Məlumata görə, hücum zamanı gəmi Tuapse şəhərindən (Rusiya) təxminən 210 km cənub-şərqdə, açıq dənizdə olan gəmi başqa bir gəmidən yük qəbul etməyi gözləyirmiş.
İlqar Xudiyev kölgə donanması Rusiya Qara dəniz tankerə hücum pilotsuz kamikadze qayığı