Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 18:09
Azərbaycan və Ermənistan tərəfləri delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.
APA xəbər verir ki, bu, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin yaydığı məlumatda əksini tapıb.
Sözügedən təlimatlar aşağıdakılardır:
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.
Azərbaycan Ermənistan delimitasiya iclas