Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 29 Apr 2026 23:00
Suriyada 2013-cü ildə Şərqi Ğuta bölgəsində kimyəvi hücumla əlaqəli olduğu güman edilən general-mayor Adnan Abbud Halvan saxlanılıb.
APA xəbər verir ki, bu barədə Suriyanın daxili işlər naziri Ənəs Xəttab məlumat verib.
Nazir açıqlamasında hücumun əsas fiqurlarından biri hesab edilən general-mayor Halvanın Terrorla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, 2013-cü ildə paytaxt Dəməşqin bir bölgəsi olan Şərqi Ğutada baş verən kimyəvi hücum yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdu.
Suriya dəməşq kimyəvi