Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 29 Apr 2026 23:59
İran ABŞ tərəfindən ələ keçirilən "Tuska" konteyner gəmisinin altı heyət üzvünün azad edilməsini təmin edib.
APA xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Gəmidə olan daha 22 iranlının azad edilməsi məsələsinin nəzərdən keçirildiyi bildirilir.
Qeyd edək ki, aprel ayının 21-də İran Xarici İşlər Nazirliyi ABŞ-ın gəmini ələ keçirməsini dəniz piratçılığı adlandıraraq, bunun atəşkəsi pozduğunu qeyd edib.
ABŞ İran gəmi