Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 01:29
Ukrayna prezidenti Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı 10 il müddətinə sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Zelenskinin imzaladığı fərmanda deyilir.
Yeni sanksiyalar siyahısına Viktor və Dmitri Lukaşenkonun da adları daxil edilib. Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveykoya qarşı da məhdudiyyətlər tətbiq edilib.
Qeyd olunur ki, Ukraynanın sanksiyalar siyahısında cəmi 16 Belarus vətəndaşının adı var. Zelenski onlara aktivlərin dondurulması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, rəsmi səfərlərin ləğvi, ticarət əməliyyatlarının dayandırılması və Ukrayna dövlət mükafatlarının birdəfəlik ləğvi daxil olmaqla 16 növ standart məhdudlaşdırıcı tədbir tətbiq edib.
Bundan əlavə, sanksiyalar siyahısına 11 hüquqi şəxs də əlavə edilib. Bunlara Minsk TermoPlast Zavodu, Minsk 407 nömrəli Mülki Aviasiya Zavodu, Vitebsk Elektrik Ölçmə Cihazları Zavodu və Borisov Plastik Məhsulları Zavodu daxildir. Onlara qarşı da 10 il müddətinə 16 növ məhdudiyyət tətbiq edilib.
Zelenski Belarus Lukaşenko