Cümə axşamı, 30 Aprel, 2026
Tarix: 30 Apr 2026 05:34
İranın dəniz blokadasının başladığı 13 aprel tarixindən bəri ABŞ ordusu, blokadanı pozmağa çalışan 40-dan çox ticarət gəmisininin istiqamətini dəyişib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu gün çərşənbə günü ABŞ ordusu blokadanı pozmağa çalışan 42-ci ticarət gəmisini yönləndirdikdən sonra əhəmiyyətli bir mərhələyə çatdı", - komandanlığın rəhbəri admiral Bred Kuper deyib.
O bildirib ki, blokada Tehranın tankerlərə yüklənmiş təxminən 69 milyon barel neft satmasına mane olur.
ABŞ İran gəmi