IMF: Yüksək enerji qiymətləri Azərbaycandə CƏB-in profisitini və ARDNF-in ehtiyatlarını artıracaq

Tarix: 30 Apr 2026 17:24

Enerji qiymətlərinin artması hesabına 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar balansında profisitin artacağı gözlənilir.

“APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsində qeyd olunub.

Bildirilib ki, yüksək neft qiymətləri fonunda Dövlət Neft Fondunun ehtiyatları da artmaqda davam edəcək.

Məlumata görə, 2026-cı ildə ÜDM-in 2,1% artacağı proqnozlaşdırılır. Bu artım əsasən qeyri-neft sektorunun hesabına olacaq. Belə ki, qeyri-neft iqtisadiyyatında artımın 3,7%-ə çatacağı, daha sonra isə 3,5% ətrafında sabitləşəcəyi gözlənilir.

Ümumi iqtisadi artım orta müddətdə təxminən 2,5% səviyyəsində qalacaq.

IMF qeyd edir ki, iqtisadi artıma müəyyən dəstək fiskal siyasətin nisbətən yumşaldılması və Yaxın Şərqdəki müharibə fonunda enerji qiymətlərinin artması ilə bağlıdır.

Fondun proqnozuna görə, 2026-cı ilin sonuna ölkədə inflyasiya 6% təşkil edəcək.

Rahim Tarıverdiyev IMF BVF Beynəlxalq Valyuta Fondu iqtisadi artım ÜDM

Xəbər Lenti