“PAŞA Sığorta”nın "Port Baku" ərazisindəki filialı mərkəzi ofisdə fəaliyyətini davam etdirəcək

Tarix: 30 Apr 2026 18:56

Mayın 1-dən etibarən PAŞA Sığortanın Port Baku ərazisində fəaliyyət göstərən satış ofisi Sahil Plaza ünvanında xidmətini davam etdirəcək.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.

Bu dəyişiklik nəticəsində satış və sığorta hadisələri üzrə bütün xidmətlər vahid məkanda təqdim olunacaq.

Yeni ünvanda xidmətlərin bir araya gətirilməsi müştərilər üçün daha operativ və səmərəli xidmət imkanları yaradacaq.

Bu addım müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində atılan növbəti addımdır.

PAŞA Sığorta bundan sonra da müştərilərinə yüksək standartlarla xidmət göstərməyə davam edəcək.

Etimadınız üçün təşəkkür edir, sizi yenilənmiş xidmət məkanımızda məmnuniyyətlə gözləyirik.

sığorta ofis

Xəbər Lenti