Cümə, 1 May, 2026
Tarix: 30 Apr 2026 20:57
ABŞ Müdafiə Nazirliyi Almaniyada yerləşdirilmiş qoşunların sayının azaldılması ilə bağlı hələlik Prezident Donald Trampa heç bir konkret təklif təqdim etməyib. Bu barədə CBS telekanalı yüksək vəzifəli anonim mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, Almaniya hələ də ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarına dolayısı ilə dəstək verir və bu amil Vaşinqton tərəfindən nəzərə alınır.
Tramp aprelin 29-da ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirdiyini və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcəyini açıqlamışdı.
tramp abş pentaqon almaniya