Cümə, 1 May, 2026
Tarix: 30 Apr 2026 22:35
Ukraynaya hərbi yardımın əsas maliyyə yükü Avropa ölkələrinin üzərinə düşməlidir. APA xəbər verir ki, bunu ABŞ müharibə naziri Pit Heqset Senatın silahlı qüvvələr komitəsində keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının strategiyası Avropanın daha aktiv rol oynamasına yönəlib: “Biz istəyirik ki, Avropa məsuliyyəti üzərinə götürsün, maliyyələşdirsin və bu yükü paylaşsın. Onlar güclü iqtisadiyyata malikdirlər və bunu edə bilərlər”.
Heqset senatorun “ABŞ Ukraynanı tək buraxırmı?” sualına cavabında bildirib ki, Vaşinqton geri çəkilmir, sadəcə rol bölgüsü dəyişir. O qeyd edib ki, Avropa ölkələri artıq PURL proqramı və digər mexanizmlər vasitəsilə maliyyə iştirakını artırır.
Nazir əlavə edib ki, ABŞ ictimaiyyəti də digər müttəfiqlərin daha çox məsuliyyət götürməsini istəyir. Bununla yanaşı, Heqset Tramp administrasiyasının münaqişənin diplomatik yolla həllini dəstəklədiyini və danışıqların davam etdiyini vurğulayıb.
abş ukrayna