Tuapsedə dəniz terminalına yenidən dron hücumu edilib

Tarix: 01 May 2026 08:45

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində yerləşən dəniz terminalı mayın 1-nə keçən gecə yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. "Unian"ın məlumatına görə, hücum nəticəsində ərazidə yanğın baş verib.

Hadisəni yerli hakimiyyət orqanları təsdiqləyib və bildirilib ki, insident zamanı xəsarət alan olmayıb. Qeyd olunur ki, bu, son iki həftə ərzində Ukrayna dronlarının həmin limana dördüncü hücumudur.

Qeyd edək ki, bir neçə gün öncə Tuapsedə neft emalı zavodunda da iri yanğın baş vermişdi. Bu yanğının Ukrayna dronlarının üç zərbəsindən sonra yarandığı vurğulanır. Yerli hakimiyyət orqanları vəziyyəti “ekoloji fəlakət” kimi qiymətləndirib, ərazidə “neft yağışları” müşahidə olunub və dənizdə neft ləkəsi yaranıb.

Rusiya Ukrayna dron hücumu tuapse

Xəbər Lenti