Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

Tarix: 01 May 2026 09:04

Qlobal fond bazarlarında əsas indekslər üzrə müsbət dinamika qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ABŞ bazarında Dow Jones indeksi 1,62% və ya 790,33 bənd artaraq 49 652,14 bəndə, S&P 500 indeksi 1,02% və ya 73,06 bənd yüksələrək 7 209,01 bəndə, Nasdaq indeksi isə 0,89% və ya 219,07 bənd artaraq 24 892,31 bəndə çatıb. Eyni zamanda, NYSE Composite indeksi 1,73% (393,13 bənd) artaraq 23 144,64 bəndə, S&P/TSX indeksi isə 1,94% (645,94 bənd) yüksələrək 33 964,33 bəndə çatıb.

Avropa bazarlarında da artım davam edib. Belə ki, FTSE 100 indeksi 1,62% və ya 165,71 bənd artaraq 10 378,82 bəndə, DAX indeksi 1,41% və ya 337,82 bənd yüksələrək 24 292,38 bəndə, CAC 40 indeksi isə 0,53% və ya 42,71 bənd artaraq 8 114,84 bəndə yüksəlib. Euro Stoxx 50 indeksi 1,12% (65,03 bənd) artaraq 5 881,51 bəndə, IBEX 35 indeksi isə 0,78% (138,20 bənd) yüksələrək 17 781,00 bəndə çatıb.

Asiya-Sakit okean bazarlarında isə qarışıq dinamika müşahidə olunub. Nikkei 225 indeksi 0,57% (335,17 bənd) artaraq 59 620 bəndə, TOPIX indeksi 0,14% yüksələrək 3 732 bəndə çatıb. Bununla yanaşı, Hang Seng indeksi 1,28% (335,31 bənd) azalaraq 25 776 bəndə, CSI 300 indeksi 0,06% geriləyərək 4 807 bəndə enib. S&P/ASX 200 indeksi isə 0,97% artaraq 8 750 bəndə yüksəlib, MSCI Asia Pacific indeksi 0,51% azalıb.

Analitiklərə görə, bazar iştirakçıları tərəfindən müsbət dinamika əsasən iri texnologiya şirkətlərinin gözləntiləri üstələyən maliyyə nəticələri, ABŞ-da iqtisadi aktivliyin sabit qalması və neft qiymətlərində müşahidə olunan nisbətən sabitləşmə ilə izah olunur. Bununla yanaşı, investorlar pul siyasətinin daha da sərtləşdirilməyəcəyi gözləntilərini qiymətlərə daxil edərək riskli aktivlərə marağı artırıblar.

Rahim Tarıverdiyev birja fond bazarı indeks

Xəbər Lenti