BP-nin AGT regionu üzrə xərcləri 33%-dən çox artıb

Tarix: 01 May 2026 14:44

Bu ilin yanvar-mart aylarında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 253 müəssisə) xərcləri 494,6 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 33,5% artım deməkdir.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk doqquz ayıının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 205 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (55 şirkət üzrə) 134,5 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 169 kiçik və orta müəssisə üzrə xərcləri 135,7 mln. dollar, 15 dövlət şirkəti üzrə xərcləri isə 19,6 mln. dollar təşkil edib.

Emil İsmayılov BP Azərbaycan Türkiyə Gürcüstan AGT

Xəbər Lenti