Meksikada 5,8 bal gücündə zəlzələ olub

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Tarix: 04 May 2026 22:01

Meksikanın cənub-qərbində, Oaxaka şəhəri yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Oaxaka şəhərindən 136 km cənub-qərbdə yerləşib, ocağı isə 35 km dərinlikdə qeydə alınıb.

Ölkə prezidenti Klaudiya Şeynbaum "X" hesabında bildirib ki, hazırda dağıntı və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Meksika zəlzələ

Mənbə: apa.az

Xəbər Lenti