Şənbə, 18 İyul, 2026
Tarix: 05 May 2026 05:24
İranın zənginləşdirilmiş uran ehtiyatları artıq böyük dəyər daşımır və ehtimal ki, istifadə üçün yararsızdır. Bunu ABŞ Prezidenti Donald Tramp “Salem News” telekanalına müsahibəsində deyib.
“Dəyər baxımından o qədər də maraqlı deyil, yəqin ki, istifadə etmək mümkün deyil”, – deyə Tramp bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, ABŞ yenə də bu ehtiyatları əldə etmək istəyir. ABŞ lideri əlavə edib ki, Tehran raket proqramına məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq.
ABŞ İran nüvə Tramp
Mənbə: apa.az