Şənbə, 18 İyul, 2026
Tarix: 05 May 2026 06:58
Yaponiyanın şimal-şərqində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit okeanda yerləşib, ocağı isə 30 km dərinlikdə olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
Yaponiya zəlzələ təbii fəlakət seysmologiya
Mənbə: apa.az