Lavrov Rubio ilə Rusiya-ABŞ münasibətləri də daxil olmaqla bir sıra məsələləri müzakirə edib

Tarix: 05 May 2026 22:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı beynəlxalq məsələlər, Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və ikitərəfli əlaqələrin qrafiki müzakirə olunub.

Qeyd olunub ki, söhbət konstruktiv və işgüzar xarakter daşıyıb.

Fərid Əkbərov Lavrov Rubio ABŞ Rusiya

Xəbər Lenti