Zaxarova: Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır

Tarix: 06 May 2026 05:16

“Rusiya Ukrayna ilə bağlı effektiv və məhsuldar danışıqlara hazırdır və bundan imtina etmir”.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Rusiya rəhbərliyinin həmişə vurğuladığı kimi, biz danışıqlar prosesinə, real təsirə, real nəticəyə səbəb olacaq əlaqələrə açığıq", - Zaxarova bildirib.

Rusiya Ukrayna Zaxarova

Xəbər Lenti