Bazar, 6 Sentyabr, 2026
Tarix: 06 Sep 2026 13:12
Almaniyada İkinci Dünya müharibəsi dövründən qalan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək.
APA Almaniya mediasına istinadən xəbər verir ki, Almaniyanın şimalında, Şlezviq-Holşteyn federal ərazisində yerləşən Kil şəhərinin Ditrixsdorf rayonunda İkinci Dünya müharibəsi dövrünə aid çəkisi 250 kq olan aviasiya bombası aşkarlanıb.
Şəhər administrasiyasının saytında yaydığı məlumata görə, bombanın zərərsizləşdirilməsi ilə bağlı əməliyyat çərçivəsində 5 235 nəfər təxliyə ediləcək.
Şəhər sakinləri yerli vaxtla saat 14:00-dək evlərini və mənzillərini tərk etməlidirlər. Təxliyə ümumilikdə təxminən 2 580 təsərrüfatı əhatə edəcək. Yaxınlarının yanında qala bilməyən şəxslər üçün hakimiyyət orqanları müvəqqəti yerləşdirmə mərkəzi yaradıb.
Almaniya Kil şəhəri bomba təxliyəMənbə: apa.az