Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər

Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər

Tarix: 06 Sep 2026 05:21

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens sentyabrın 9-10-da Texas ştatının Dallas şəhərində keçiriləcək Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər.

Bu barədə “Axios” portalı qurultayda çıxış edəcək şəxslərin ilkin siyahısına istinadən məlumat yayıb.

Məlumata görə, tədbir ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində keçiriləcək. Tramp qurultayın hər iki günündə iştirakçılar qarşısında çıxış edəcək. Vensin çıxışı isə sentyabrın 10-na planlaşdırılıb.

Qurultayda, həmçinin ABŞ maliyyə naziri Skott Bessent, ədliyyə naziri və baş prokuror Todd Blanş, səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi kiçik, Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Livitt və Prezidentin oğlu Donald Tramp kiçiyin çıxış edəcəyi bildirilir.

ABŞ Donald Tramp Respublikaçılar Partiyası Dallas

Mənbə: apa.az

Xəbər Lenti