Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 07:11
Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi ilə Əlcəzairin milli neft və qaz şirkəti olan “Sonatrach” arasında anlaşma memorandumu imzalanıb.
APA xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi məlumat yayıb.
Müqavilə Misirə daxili bazardakı ehtiyaclarını ödəmək üçün Əlcəzairdən xam neft idxal etməyə imkan verəcək.
Qeyd edək ki, ABŞ və İran arasında müharibənin yaratdığı enerji böhranından sonra Misir hökuməti bir çox ölkədən yanacaq idxal etməyə başlayıb.
Misir Əlcəzair neft