Çərşənbə, 25 Mart, 2026
Tarix: 27 Mar 2024 12:06
Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub.
APA xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
Şahin Mustafayev "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı matəm kitabına ürək sözlərini yazıb.
Baş nazirin müavini həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.