Tehranda ticarət mərkəzində yanğında 11 nəfər ölüb

Tarix: 06 May 2026 10:24

Tehranda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən gün Qərbi Tehranın Şəhriyar rayonunda yerləşən “Arğəvan” ticarət mərkəzində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri saatlarla yanğının söndürülməsi istiqamətində iş aparıb.

Son rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 11 nəfər ölüb, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Haşim Rahimi

Xəbər Lenti